2025-ci ildə 300-dən çox müəllim ixtisasartırma və beynəlxalq təlimlərə cəlb ediləcək.
AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, təlimlər Türkiyə, Almaniya və digər ölkələrdə təşkil olunacaq: “Böyük Qayıdış" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə isə 42 ixtisas üzrə 633 təlim keçiriləcək. 711 nəfər məzun olacaq".