Azedu.az

Geomaqnit qasırğası gözlənilir

Müəllimlər və elm adamları

7 İyul 2025, 14:14
Geomaqnit qasırğası gözlənilir

11 iyulda G1 (zəif qasırğa) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. 

Bu barədə AzEdu.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə dünən və bu gün G1 səviyyəli geomaqnit qasırğası müşahidə olunur. 7-13 iyul C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə və 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.  

Günəş küləyi sürətinin müşahidə olunan mənfi qütblü tac dəliyi axınlarına bağlı olaraq bağlı olaraq 9 iyuladək normadan yüksək qalacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 15-30%, orta coğrafi enliklərdə isə 20-1%-dir. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox