2025-ci il istehsalat təqviminə əsasən, noyabr ayında 12 gün qeyri-iş, dərs günü olacaq.
AzEdu.az xəbər verir ki, 8 noyabr - Zəfər Günü şənbəyə, 9 noyabr - Dövlət Bayrağı Günü isə bazara təsadüf etdiyindən 10 və 11 noyabr tarixlərində də dərs olmayacaq.
Beləliklə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla dərs olmayacaq günlər aşağıdakılardır:
1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr.
Qeyd edək ki, orta və tam orta təhsil səviyyələri üzrə 17-21 noyabr tarixlərində payız tətili nəzərdə tutulub.
Eyni zamanda, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) iş günü olan bayram günləri kimi qeyd olunur.