Azedu.az

Məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyət qoyulacaq

Məktəblər

4 İyul 2025, 13:38
Məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyət qoyulacaq

Finlandiya Parlamenti yeni qəbul etdiyi qanunla 2025-ci ilin avqust ayından etibarən məktəblərdə mobil telefon və digər elektron cihazların istifadəsinə ciddi məhdudiyyətlər qoyur. Qanunun əsas məqsədi dərs zamanı şagirdlərin diqqətini yayındıran amilləri aradan qaldırmaq və daha sakit, məhsuldar tədris mühiti yaratmaqdır.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə yeni qaydalara əsasən, şagirdlər dərs saatları ərzində mobil cihazlardan yalnız müəllimin xüsusi icazəsi ilə istifadə edə biləcəklər. Həmçinin qeyri-tədris vaxtlarında da cihazların istifadəsi məktəbin daxili intizam qaydaları çərçivəsində tənzimlənəcək.

Finlandiyanın təhsil naziri Anders Adlercreutz məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu qərar şagirdlərin təhsil nəticələrini və sosial davranışlarını yaxşılaşdırmağa yönəlib:

“Araşdırmalar göstərir ki, mobil telefonlar dərs zamanı yalnız diqqəti yayındırmır, həm də sosial təcridə səbəb ola bilir. Məktəblərimiz şagirdlər üçün təhlükəsiz və fokuslanmış mühit təmin etməlidir.”

Yeni qanuna görə:

Mobil cihazlardan yalnız təhsil və ya sağlamlıq məqsədilə istifadə olunacaq.

Qaydanı pozan şagirdlərdən cihazlar müvəqqəti götürülə bilər.

Hər məktəb öz daxili nizamnaməsinə uyğun olaraq əlavə tənzimləmələr edə bilər.

Bu qərar Finlandiyada valideynlər, müəllimlər və təhsil siyasətçiləri tərəfindən müsbət qarşılanıb. İlk qiymətləndirmə və effekt analizləri isə 2026-cı ilin sonunda aparılacaq.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox