Azedu.az

İncəsənət məktəblərində məzmun istalahatı keçiriləcək

Məktəblər

1 İyul 2025, 13:29
İncəsənət məktəblərində məzmun istalahatı keçiriləcək

Mədəniyyət Nazirliyi incəsənət məktəblərində məzmun istalahatı keçirməyi planlaşdırır.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik attestasiya imtahanından uğurla keçən müəllimlərin imkanlarından istifadə edərək növbəti mərhələdə incəsənət məktəblərində məzmunla bağlı islahatlara başlamaq istəyir.

C.Valehov prosesdə Mədəniyyət Nazirliyinə dəstək verən incəsənətyönümlü qurum və təhsil müəssisələrinə təşəkkürünü ifadə edib:

“Dünyanın çox az ölkəsində dövlət tərəfindən maliyyələşdirilən incəsənət məktəbləri var. Müəllimlər təhsilin əsasıdır. Ona görə də müəllimlərin attestasiyasından başladıq".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox