Azedu.az

Naxçıvanda "Son zəng" tədbirlərində keçirilib

Məktəblər

14 İyun 2025, 13:01
Naxçıvanda "Son zəng" tədbirlərində keçirilib

İyunun 14-də Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində  “Son zəng” tədbirləri keçirilib. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Elm və təhsil nazirinin müavini Həsən Həsənli  Heydər Əliyev adına tam orta məktəbdə  keçirilən “Son zəng” tədbirlərində iştirak ediblər. 
 

AzEdu.az xəbər verir ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.


Tədbirdə Heydər Əliyev adına tam orta məktəbin direktoru Məlahət Həsənova qonaqlara salamlayaraq məktəbin nailiyyətləri haqqında məlumat verib. 


Elm və Təhsil naziri Həsən Həsənli məzunları təbrik edərək bildirib ki,  bu gün aparılan islahatlar təhsilimizin inkişafı üçün möhkəm zəmin yaradı.

 

 Qeyd olunub ki, əziz məzunlarımız, bu gündən həyatın yeni dövrü, məsuliyyətli, çevik qərarlar qəbul etməli olduğunuz günlər başlayır. Sizi bu həyata məktəb, müəllimləriniz hazırlayıb. Bu səbəbdən ilk növbədə sizi yetişdirən müəllimlərə təşəkkür etməliyik. 


Qeyd olunub  ki, siz xoşbəxt şagirdlərsiniz ki, Heydər Əliyev adına məktəbin məzunlarısınız. Bunun böyük rəmzi mənası var. 

 

Bu məktəb artıq 21 ildir fəaliyyət göstərir. Gəlin, 21 il öncəyə nəzər salaq. 21 il öncə torpaqlarımız işğal altında idi. Beynəlxalq arenada bu faktla barışmağa, mübarizəmizi dayandırmağa, bunu qəbul etdirməyə çalışırdılar. Lakin bu gün biz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, suverenliyini qazanmış bir ölkədə yaşayırıq. Bu tarix hər birimiz üçün bir dərs, həyat nümunəsidir. 

 

Bizim milli ideyaya, milli missiyaya bağlılığımız da məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əgər siz həyatda uğura nail olmaq istəyirsinizsə, bunun üçün Ulu öldərin həyatından gözəl nümunə ola bilməz. 

 

Onun davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz sayəsində, şəhidlərimizin canı, qanı bahasına torpaqlarımız işğaldan azad olunub.

 

Bu gün Xocalıda, Xankəndidə, Şuşada, Cəbrayılda da məzunlarımız var. Onlar "Son zəng" tədbirlərini öz doğma yurd yerlərində qeyd edirlər. 

 

Bilikli, bacarıqlı gənclərin yetişməsində məktəbin, müəllimlərin üzərinə böyük missiya düşür. Bu gün məzun gününə yığışdığımız bu məktəbdə bir neçə ay sonra Bilik Günü qeyd olunacaq. Beləliklə, proses davam edəcək. Bu işi biz hər il daha yaxşı görə bilsək, düşünürəm ki, qısa müddətdə böyük nəticələr əldə etmiş olacağıq. Bura qədər gəldiyimiz yol sübut edir ki, biz bunun öhdəsindən gələ bilərik.

 

Bu gün təhsil sahəsində böyük islahatlar aparılır, müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Müəllimlərin əməkhaqqı islahatı, təlimi, karyera yüksəlişi ilə bağlı görülən işlər təhsilimizin inkişafı üçün möhkəm zəmin yaradır.

 

Əziz məzunlar, ali təhsil növbəti mərhələ, yeni bacarıqlara nail olmaq üçün bir imkandır. Xüsusilə son illərdə ali təhsil müəssisələrinə qəbul olanların sayı artmaqdadır. İnanıram ki, istər Naxçıvanda, istər ölkəmizin digər yerlərində və ya ölkə xaricində təhsilini davam etdirən gənclərimiz səriştəli, peşəkar kadrlar olaraq dövlətimizə xidmət edəcəklər. 

 

Hər birinizə uğurlar arzu edir, müvəffəqiyyətlərinizin davamlı olmağını arzu edirəm".      
 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məzunları, müəllimləri və məzunların valideynlərini təbrik edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında 3992 şagird məzun olur. 
 Təhsil naziri deyib: “Mən inanıram ki, bu günkü məzunlar Böyük Zəfərin şagirdləri olaraq süverenliyi tam bərpa olunmuş ölkəmizdə gələcəyə doğru inamla addımlayacaq, Cənab Prezidentin rəhbərliyi altında Vətənimiz adına  əldə edilmiş bütün uğurlara sahiblənəcək, həmin uğurları gələcəyə daşıyacaqlar”. 


Elxan Nəcəfov tədbirdə şagird nailiyyətlərindən də danışaraq qeyd edib ki, bu il tam orta təhsil səviyyəsi üzrə   467 məzun  200-250, 302 məzun   250-300 intervalında bal toplayıb.  2  məzun isə  300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib. 

Qeyd olunub ki, cari ildə həmçinin Naxçıvan Muxtar Respublikasında ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrində də  ötən illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, 200–249 bal intervalında nəticə göstərən şagirdlərin sayı ötən ilə nisbətən 25,  250–300 bal intervalında 29,  200-300 bal aralığında nəticə göstərən şagirdlərin sayında isə  26 faiz artım olub. 


Muxtar respublikada istedadlı şagirdlərin aşkara çıxarılması və onların elmi biliklərə yönləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirən Nazir diqqətə çatdırıb ki,  ölkə üzrə təşkil olunan Bebras, Cerebry, Bilbacar, Hakaton, Respublika Fənn müsabiqələrində, həmçinin  Astronomiya, LütfiZadə, Hippo, Kenquru, Qərbi Azərbaycana Qayıdış, VII İngilis dili və  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Nəsrəddin Tusi adına  fizika-riyaziyyat fənləri və Yusif Məmmədəliyev adına  kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadalarında şagirdlərin  iştirakı təmin olunub. Qeyd olunub ki,  olimpiadalarda ümumilikdə 59 şagirdimiz qalib olub.


Tədbirdə  məzunların valideyinləri və şəhid anaları çıxış edərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. 
Tədbirin bədii hissəsində Naxçıvan şəhər Körpələr evi-uşaq bağçalarının balaca fidanları, məktəbin birinci sinifini bitirən şagirdlər məzunlar rəqs və msiqi nömrələri ilə çıxış ediblər.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox