Azedu.az

I qrupu seçənlərin nəzərinə! - Bu ixtisaslarda iş imkanları GENİŞDİR

İmtahanlar

Tələbələr

Universitetlər

Şagirdlər

10 İyun 2025, 14:35
I qrupu seçənlərin nəzərinə! - Bu ixtisaslarda iş imkanları GENİŞDİR

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin yaxınlaşması abituriyentlərin ixtisas seçimi ilə bağlı qərar mərhələsini aktuallaşdırır. Xüsusilə 1-ci ixtisas qrupu üzrə seçim edən gənclər həm şəxsi maraqlarını, həm də əmək bazarının tələblərini nəzərə alaraq qərar verməyə çalışırlar.

 

Bu il 1-ci ixtisas qrupu üzrə abituriyentlərin ixtisas seçimi zamanı hansı sahələrin daha çox önə çıxacağı ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlama verib.

 

Tələbata yüksək sahələr

Onun sözlərinə görə, 1-ci ixtisas qrupu üzrə əmək bazarında İT yönümlü ixtisaslara, neft-qaz sahəsi, eləcə də pedaqoji və kənd təsərrüfatı ixtisaslarına ciddi tələbat var:

 

“Bu sahələrdə həm praktiki iş imkanları genişdir, həm də strateji əhəmiyyət daşıyır. Ona görə də abituriyentlərin bu istiqamətlərə marağı yüksək olaraq qalır”.

 

Əhəmiyyətli, amma seçilməyən ixtisaslar

 Ekspert bildirir ki, bəzi ixtisaslar əmək bazarında müəyyən tələbat görsə də, abituriyentlər tərəfindən az seçilir:

 

“Məsələn, meşəçilik, metallurgiya mühəndisliyi, şərabçılıq kimi ixtisaslara real ehtiyac olsa da, bu sahələrə maraq zəifdir. Bu da həm maarifləndirmə, həm də gələcək perspektivlərin doğru təqdim olunmaması ilə bağlıdır”. 1-ci qrup üzrə seçim edən abituriyentlər həm şəxsi maraqlarını, həm də əmək bazarının real ehtiyaclarını nəzərə almalıdırlar".

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox