Azedu.az

DİM bu şəxslərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM)

Doktorantura

18 İyun 2025, 12:12
DİM bu şəxslərə müraciət etdi

“Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının keçirilməsinə iyunun 20-dən etibarən start verilir. Abituriyentlər aşağıdakı cədvəldə verilmiş təqvimə uyğun olaraq imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

AzEdu.az xəbər verir ki, xoreoqrafiya sənəti istiqaməti  üzrə 53, Təsviri sənət istiqaməti üzrə 1601, 1701, həmçinin yalnız 13 və ya 1602 komissiyalardan qeydiyyatdan keçən Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.

Abituriyentlər  imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər rəqs paltarı və sağlamlıq haqqında tibbi arayış gətirməlidirlər.

Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmayacaq. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.

Abituriyentlər istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun qəbul proqramı ilə öncədən tanış olmalıdır. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında 18 iyun 2025-ci il tarixinə olan məlumat

 

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox