13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Peşəkar kommunikasiya və emosional zəka: komanda daxili birliyin artırılması” mövzusunda təlim keçirilib.
AzEdu.az xəbər verir ki, təlim zamanı işçilər arasında peşəkar kommunikasiyanın inkişaf etdirilməsi, emosional zəkanın iş həyatına təsiri, komanda daxili birliyin artırılması üçün psixoloji məqamlara dair məlumat verilib. Təlim müddətində əsas səriştələrdən biri hesab edilən kommunikasiyaya dair test tapşırıqları, emosional zəkanı təsvir edən videoçarxlar təqdim olunaraq təlimin daha interaktiv keçməsinə imkan yaradılıb. Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.