Azedu.az

DİM bu şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM)

12 İyun 2025, 11:55
DİM bu şəxslərə müraciət edib

Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 12 iyun saat 12:00-dan 3 iyul saat 12:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.

//exidmet.dim.gov.az/elimt/JusticeTest

AzEdu.az xəbər verir ki, test imtahanı 13 iyul 2025-ci il tarixində saat 11:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox