Azedu.az

Bu il 40 bağça direktoru vəzifəsindən azad edilib

Bağçalar

10 İyul 2025, 11:57
Bu il 40 bağça direktoru vəzifəsindən azad edilib

Bakıda 20 mindən çox valideyn övladını bağçaya yerləşdirmək istəyir, lakin yerlər məhduddur

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda Bakı şəhərində bağçaya olan tələbat təklifdən çoxdur:

"Bağçalara uşaqların qəbulunu elektronlaşdırmışıq. Bu sistem vasitəsilə bağça müdirləri ilə valideynlər arasında qeyri-rəsmi sövdələşmələrin qarşısını almağa çalışırıq. Eyni zamanda, bağçalarda mütəmadi yoxlamalar aparılır. Bu ilin altı ayı ərzində 40 bağça direktoru vəzifəsindən azad edilib, 100-dən artıq şəxs barəsində inzibati tədbir görülüb".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox