Azedu.az

Emin Əmrullayev: \"Ümid edirik ki, bütün şagirdlər siniflərə qayıdacaq\"

1 Fevral 2021, 12:56
Emin Əmrullayev: \

“Bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook hesabında yazıb:

 

“Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız.

 

Ümid edək ki, “COVID-19”-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər.

 

Hamıya uğurlar arzulayıram!”.

 

Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu
Son xəbərlərDaha çox