Azedu.az

Hər məktəbdə xüsusi izolyasiya otağı olacaq - Təhsil Nazirliyi  

Təhsil Nazirliyi

11 Sentyabr 2020, 16:41
Hər məktəbdə xüsusi izolyasiya otağı olacaq - Təhsil Nazirliyi  

 

“Bütün  məktəblərdə COVİD-19 ilə əlaqəli qərargahlar yaradılacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev nazirliyin facebook üzərindən keçirdiyi onlayn mətbuat konfransı zamanı deyib.

 

O, qeyd edib ki, hər hansısa şagirddə koronovirus əlamətləri aşkar edildikdə o həmin qərargaha aparılacaq.

 

“Qərargaha aparılan şagirdin müalicəsi üçün təcili yardım çağırılacaq. Sonra isə onun  valideynlərinə məlumat veriləcək.Əgər həmin şagirddə COVİD-19 aşkarlansa, şagird məktəb şəraitindən təcrid ediləcək.”.

 

 

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox