Azedu.az

Məktəblilər arasında respublika çempionatı yekunlaşıb

Şagirdlər

22 Dekabr 2025, 13:57
Məktəblilər arasında respublika çempionatı yekunlaşıb

Məktəblilər arasında respublika çempionatına yekun vurulub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, agentliyin təşkilatçılığı ilə keçirilən çempionat Azərbaycan Badminton Federasiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunub. 

Final yarışlarında zona mərhələlərində qalib gəlmiş 2014–2015-ci il təvəllüdlü qız və oğlan məktəblilərdən ibarət komandalar mübarizə aparıblar. Yarışların yekununda I, II və III yerlərin qalibləri mükafatlandırılıb, final mərhələsində iştirak edən məktəblilərə isə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, cari tədris ilində atletika, basketbol və badminton idman növləri üzrə 12 regionda keçirilən çempionatlarda 2014–2016-cı il təvəllüdlü qız və oğlan məktəblilərdən ibarət komandaların tərkibində ümumilikdə 13 000 məktəbli iştirak edib. 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox