Azedu.az

Qarabağ Universitetinə ayrılan vəsait AÇIQLANIB

Xəbərlər

27 May 2025, 11:03
Qarabağ Universitetinə ayrılan vəsait AÇIQLANIB

Ötən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsi üçün 10 milyon manat vəsait ayrılıb.

AzEdu.az  xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Məlumata görə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsi üçün isə 8 milyon manat ayrılıb.

 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 244,8 milyon manat vəsait istifadə olunub.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox