Azedu.az

Naxçıvanda süni intellektli qadın konfransa moderatorluq edir

26 May 2025, 12:16
Naxçıvanda süni intellektli qadın konfransa moderatorluq edir

Naxçıvan Dövlət Universitetində “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir. 

AzEdu.az xəbər verir ki, tədbir Naxçıvan Dövlət Universiteti, Türkiyənin İstanbul Universiteti, Düzce Universiteti, Gümüşhane  Universiteti, Rusiyanın “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə baş tutur. İki gün davam edəcək konfransda Azərbaycanın və dünyanın müxtəlif ölkəsinin 60-dək elm-təhsil müəssisəsinin tədqiqatçıları canlı və onlayn (hibrid) iştirak edirlər.
 
Konfransda moderatorluğu universitetdə ilk yenilik olan süni intellektli qadın - "Banu" edir.

Konfrans gündəliyinə uyğun olaraq çıxışlar təqdim olunacaq, əməkdaşlıq müqavilələri imzalanacaq.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox