Boneyradan olan fəal: Məktəb proqramlarımızın hamısı sıradan çıxarılıb

22 Avqust 2024, 11:26
Boneyradan olan fəal: Məktəb proqramlarımızın hamısı sıradan çıxarılıb

Boneyra adasında məktəblərdə yerli direktorlar və müəllimlər Niderlanddan olan direktor və müəllimlərlə əvəzlənirlər.

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, bunu insan hüquqları fəalı Felipe Santiago Melaan Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.

 

O qeyd edib ki, bu təhsil alanlara və təhsil verənlərin hüquqlarının kobud şəkildə pozulmasının nümayişidir:

 

“Akademik potensialı olan gənclər müstəmləkəçi hökumətin dilində danışmağa məcbur olurlar. Bununla da qul təfəkkürünü insanlara aşılamaq istəyirlər. Çünki insanı öz dilindən məhrum edərək qula çevirmək olur”.

 

O qeyd edib ki, Boneyranın məktəb proqramlarının hamısı sıradan çıxarılıb.

 

“Əgər gənclərin baxışlarını dəyişmələrini istəmiriksə, biz bu haqqımızı geri almalı və mədəniyyətimizə, dilimizə hörmət göstərilməsini təmin etməliyik. Təhsil, mədəni, iqtisadi və siyasi cəhətdən inkaf etmək, nadir aidiyyət hissimizi qorumaq üçün səsimizi eşitdirməliyik", - o deyib.

Son xəbərlərDaha çox