Zaqatalada yeniyetmə ağır yol qəzası keçirib

22 Avqust 2024, 08:43
Zaqatalada yeniyetmə ağır yol qəzası keçirib

Zaqatala rayonunda 11 yaşlı yeniyetmə yol qəzasında ağır xəsarət alıb.

 

AzEdu.az xəbər verir ki,  2013-cü il təvəllüdlü Mehdizadə Fariz Tərlan oğlu yolu keçərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

 

Fakt araşdırılır.

Son xəbərlərDaha çox