Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-12 12:40:07
İxtisas seçimində təzyiq: “Gənclərdə panik atak, stress, təşviş yaranır” - PSİXOLOQ

Ali məktəblərə ixtisas seçimi davam edir. Bu ərəfələr abituriyentlərin ən gərgin günləri hesab olunur. Bəziləri sevincdən, bəziləri isə qorxudan həyəcan keçirirlər. “Ya qəbul olmasam?”, “Ya istədiyim ixtisas olmasa?”, “Valideynlərimin üzünə necə baxacam?”, - kimi fikirlər onları bir qədər də gərginləşdirir.

 

Bu ərəfələrdə valideynlər övladlarına necə dəstək olmalıdırlar?

 

Psixoloq Vüsalə Əmiraslanova mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 Açıklama yok.

“Abituriyentlər 11-ci sinfin əvvəlindən sonuna qədər gərgin vəziyyətdə olurlar. Buraxılış imtahanları, sınaqlar, qəbullar və s. onları il boyunca həyəcan içində saxlayır. Demək olar ki, iyul ayının sonuna qədər bu proses davam edir. Sonrakı mərhələdə ixtisas seçiminin başlaması yenidən narahatlığı gündəmə gətirir. Əlbəttə, hansı ixtisasa yiyələnmək istəyi lap əvvəldən formalaşır. Valideynlər isə övladlarına topladıqları ballara uyğun tövsiyələr verirlər. Elə valideyn var ki,“bu ixtisasa qəbul olmayacaqsansa, başqasını seçməyinə icazə vermirəm”,- deyə övladına təkid edir. Təbii ki, bu da uşağın istəyinə, valideynlə münasibətinə bağlı olan məsələdir. Əgər valideynlə düzgün münasibət qurulubsa, bu kimi problemlər gündəmə gəlmir.  

 

Abituriyentlər özləri də müxtəlif olurlar. Bəzilərinin dəqiq qərarı olmadığı üçün valideyn müdaxilə etməyə məcbur olur. Düşünürəm ki, ixtisas 8-9-cu siniflərdən seçilməli, ona uyğun hazırlıqlar aparılmalıdır.

 

Bizə valideynlər və abituriyentlər imtahan stressi ilə bağlı müraciət edirlər. Əvvəldən düzgün planlaşdırılmış dərs rejimi abituriyentin gərginliyini azaltmağa yardımçı olur. Amma buna baxmayaraq məsuliyyətli uşaqlarda ümumi gərginlik nəzərə çarpır. Məsuliyyətsiz uşaqlarda isə o qədər də həyəcan olmur. Bəziləri isə narahatlığını göstərə bilmirlər. Onların gərginliyi seçimlər bitəndən, cavablar açıqlanandan sonra ortaya çıxır. Bu uşaqlarda sonradan görülən panik atak, stress, təşviş, həyəcan pozuntusu kimi hallar ortaya çıxır.

İxtisas seçimlərinə valideynlər məntiqi, uşaqlar isə emosional yanaşırlar. Psixoloq olaraq hər zaman çalışıram ki, valideynlə övlad arasında ortaq məxrəc yarada bilim. Beləcə onlar bir -birlərini başa düşürlər”.