Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-26 20:52:27
6 nəfərin nəticəsi LƏĞV EDİLİB

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının  nəticəsini elan edib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27929 abituriyentdən (I qrup üzrə 22889 nəfər, IV qrup üzrə 5040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib.

 

Qeyd edək ki, imtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.