Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-26 16:47:38
"Media Türk TV" Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq edəcək

Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Mətbuat Şurasının üzvü, "Media Türk TV" İnternet Televiziyasının rəhbəri Elşad Eyvazlı arasında görüş keçirilib.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, görüşdə Fondun prezidenti Türk dünyasının zəngin irsinin və qədim tarixinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində təşkilatın həyata keçirdiyi və perspektivdəki layihələrdən bəhs edib.

 

Toplantı zamanı ortaq köklər və dəyərlər ətrafında birləşən Türk dünyasında müasir dövrdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində mühüm səylərin göstərilməsindən söz açılıb, Türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ortaq dil amilinin önəmli rolu diqqətə çatdırılıb. 

 

Elşad Eyvazlı Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının maddi-mənəvi irsinin öyrənilməsi və qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək Fondla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, gələcək perspektivlər dəyərləndirilib.


O, həmçinin "Media Türk TV"nin Türk Dünyasının ortaq yutub platforması olduğunu önə çəkərək əməkdaşlığın səmərəliliyindən söz açıb.