Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-26 14:24:22
Dövlət qulluqçuları üçün təlimlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir.

 

AzEdu.az xəbər verir ki, bununla əlaqədar olaraq, Mərkəz tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.

 

23-26 iyul 2024-cü il tarixlərində təlimlər Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında “Dövlət  qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.

 

Təlimlər  zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.