Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-26 14:01:00
700 bal toplayanların sayı arta bilər? – “Çox nadir ehtimaldır”

Dövlət İmtahan Mərkəzi (DİM) 4-cü ixtisas qrupu üzrə II cəhd qəbul imtahanındakı fizika fənninə aid 83 nömrəli sualla bağlı açıqlama verib. Belə ki, IV ixtisas qrupu üzrə Azərbaycan bölməsinin "A" variantında fizika fənninə aid 83 nömrəli sualla bağlı yol verilən səhv bütün abituriyentlərin xeyrinə hesablanacaq.

 

Bəs, görəsən, abituriyentlərin xeyrinə hesablanan səhv sual 700 bal toplayan abituriyentlərin sayının artmasına səbəb ola bilərmi?    

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, IV ixtisas qrupu üzrə 700 bal toplamaq ehtimalı azdır:

 

“Ümumiyyət həmişə qayda belə olub: Əgər hər hansısa sual səhv tərtib olunubsa, yaxud 2 variant doğru hesab olunursa və ya sualın düzgün cavabı variantda verilməyibsə, bu kimi hallar aşkar olunduqda Dövlət İmtahan Mərkəzi həmin sualı bütün abiturieyntlərin xeyrinə hesablayır.

 

Bir halda 700 bal toplayan mümkün olar ki, həmin abituriyent buraxılış imtahanından maksimum balı (300) toplayıb, IV ixtisas qrupu üzrə qəbul imtahanından bütün sualları düzgün cavablayıbsa, yəni həmin o sualı səhvdirsə o zaman 700 bal toplayan olar.

 

Lakin bu ehtimal olduqca azdır. Buraxılış imtahanında 54 nəfərin maksimum nəticə topladığını nəzərə alsaq, görərik ki, 54 nəfərin içində I, II və III ixtisas qrupu üzrə toplayan da var. Yəni IV ixtisas qrupu üzrə bu məsələdən sonra 700 bal toplayan abituriyentin olması nadir olan ehtimaldır”.

 

Həmsöhbətimiz səhv sualın bütün  IV qrup abituriyentlərə əlavə balın verilməsi demək oldğunu qeyd edib:

 

“Yəni 700-ü toplamaq üçün həmin abituriyent IV ixtisas qrupu üzrə 1 sualdan başqa bütün sualı düzgün yazılmalıdır. Ona görə də belə bir abituriyentin olacağını düşünmək çox çətindir.

 

Bundan başqa bu məsələ bütün IV qrup abituriyentlərə əlavə balın verilməsi deməkdir. Buraxılış imtahanında 54 bal toplayan var idi və bəzi ekspertlər bunu nəzərə almamışdılar ki, buraxılış imtahanların nəticəsinə əsasən abituriyent həm kollecə gedir, həm də attestat alır. 

 

Ona görə də buraxılış imtahanlarının asan tərtib olunması və 54 nəfərin bal toplaması normal qarşılanmalı idi. Söhbət ali məktəbdən gedirsə, artıq burada bilik səviyyəsinin ölçülməsi fərqli arqumentlər əsasında aparılacaq. Məsələn, sualların çətin olması yaxud səhv cavabların düz cavablara təsir etməsi bu fərqli ölçmə meyarı deməkdir. Yəni bunu ekspertlər nəzərə almalıdırlar”.