Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-26 13:08:41
UNEC-in 18 tələbəsi Avropanın aparıcı universitetlərinə qəbul OLUNUB

UNEC-in 18 tələbəsi Erasmus, Non-erasmus və ikili diplom proqramları çərçivəsində 2024/2025-ci tədris ilində İspaniya, Almaniya, İtaliya, Fransa, Polşa və Rusiyanın dünyaca məşhur Malaga, Siegen, Sapienza, Montpellier, Kozminski, Sankt-Peterburq universitetlərində  təhsil almaq hüququ qazanıb.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, beynəlxalq əməkdaşlıq departamentinin ditektoru v.i.e Afət Ələkbərova tələbələrlə görüşərək, onlara xaricdə təhsil, tədris proqramları haqqında məlumatlar verib və tələbələrin suallarını cavablandırıb.