Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 20:47:00
Azərbaycandan “Yale Law School”a ilk qəbul!

Məlum olduğu kimi, Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 

Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, 99 nəfər dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.

 

Siyahıya əsasən, proqramın qalibləri sırasında Orxan Abdulkərimli Yale Universiteti Hüquq fakültəsinin, yəni “Yale Law School”un tam təqaüdünü qazanmaqla magistratura pilləsinə qəbul olunub.

 

“Yale Law School” ABŞ-nin hüquq fakültələri reytinqində (US News & World Report və Fortuna Ranking) 1990-cı ildən hazıradək davamlı olaraq 1-ci yerdə qərarlaşıb və qəbul üzrə ən rəqabətli hüquq fakültəsi hesab olunur.

 

Bu Azərbaycan və region dövlətlərindən “Yale Law School”a ilk qəbuldur.