Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 17:55:00
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

İyulun 3-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən olunub. Elan üzrə 21 dövlət orqanında mövcud olan 76 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 144 namizədlə 165 müsahibənin keçirilməsi planlaşdırılır.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Salyan regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbərinin müavini - direktor müavini (1 vakant yer üzrə 27 nəfər) vəzifəsi üzrə yaranıb.

 

Müsahibələrin iyulun 31-dən avqustun 29-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM məlumat bazasında qeydiyyata alınır.

 

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.