Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 14:50:39
Naxçıvan məktəblisi Beynəlxalq olimpiadada qızıl medal qazanıb

Naxçıvan məktəblisi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.

 

AzEdu.az xəbər verir ki,bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlican Hüseyinli Sinqapurda keçirilən SIMOC 2024 Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.