Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 10:06:49
Azərbaycanda müəllim şəlalədən yıxılaraq ÖLÜB

İsmayıllıda şəlalədən yıxılaraq ölən müəllim barədə yeni məlumat var.

 

AzEdu.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu şəlalədən yıxılaraq ölüb.

 

 

O, tanışları ilə rayonun Çayqovuşan kəndi ərazisində yerləşən şəlaləyə istirahətə gedib. Həmin vaxt şəlaləyə çıxan Ağabala Ağayev ehtiyyatsızlıqdan oradan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

 

Sosial şəbəkələrdə Ağayev Ağabala fotoları yayılıb və İvanovka kənd orta məktəbində idman müəllimi işlədiyi bildirilib.

 

Faciəvi şəkildə ölən müəllimin fotolarını təqdim edirik: