Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 09:55:47
Bu məktəbin məzunu qızıl medalla təltif olunub

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunması prosesinə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional İdarəsindən məlumat verilib.

 

İdarədən bildirilib ki, Azərbaycan Respublikası elm və təhsil nazirinin əmrinə əsasən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin məzunu Nuray Hüseynova qızıl nişanla təltif edilib.