Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 08:58:40
Şahin Bayramov yüksək bal toplayan abituriyentlərlə görüşüb

Qarabağ Universitetinin böyük maraqla qarşılanan təbliğat görüşləri davam edir.

 

 

Universitetdən AzEdu.az-a bildirilib ki, rektor Şahin Bayramov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin yüksək bal toplayan abituriyentləri ilə görüşüb.

 

 

Şahin Bayramov məzunlara universitetin təhsil planlarından bəhs edib, oxumaq istədikləri ixtisaslara dair sualları ətraflı cavablandırıb.