Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-24 16:23:00
"Brend tələbə" uğur qazanmağın yollarından danışdı - VİDEO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması həyata keçirilib.

 

Mükafatlandırılan tələbələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Siyasi idarəetmə fakültəsinin, politologiya ixtisasının III kurs tələbəsi Günel Hətəmlidir.

 

O, 2022-ci ildə Naxçıvan Qarnizzonun tam orta məktəbini əla qiymətlərlə bitirib.

 

"2021-ci ildə Respublika Fənn Olimpiyadasında tarix fənni üzrə 3-cü yerə layiq görülmüşəm. bu mənim ilk və böyük uğurum idi. Lakin düşünürdüm ki, bu, ilk və son olmayacaq.

 

Çünki gələcəkdə məni daha böyük uğurlar və nailiyyətlər gözləyir. Abituriyent olduğum vaxtlarda həm dərslərimdə, həm də ictimai sahədə çox fəal idim. Düşünürəm ki, abituriyentlər nə qədər fəal, aktiv olarsa, universitet həyatına bir o qədər daha tez adaptasiya olacaqlar”.

 

Daha ətraflı videoya keçid edərək izləyə bilərsiniz.