Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-24 11:23:52
Gənc basketbolçular Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxacaq.

 

AzEdu.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşacaq.

 

Görüş saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.