Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-23 13:40:11
Xaçmazda evdə partlayış: Azyaşlı xəsarət alıb

Xacmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

 

Hazırda fakt araşdırılır.