Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-23 09:13:00
Oğuzda yelləncək azyaşlının ölümünə səbəb oldu

Oğuzda 11 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

 

AzEdu.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.

 

Belə ki, həmin kənd sakini, 2013-cü il təvəllüdlü Firuzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və azyaşlı boğularaq ölüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.