Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-22 14:23:00
“İlin gənc müəllimi”: Jurnalist olmaq arzum var idi...

Xəbər verdiyimiz kimi bu gün  Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür.

 

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

 

AzEdu.az xəbər verir ki, bu münasibət ilə “İlin gənc müəllmi- 2022”-nin qalibi, Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktor müavini, ingilis dili müəllimi Leyla Camalzadə açıqlama verib.

         

Leyla Camalzadə jurnalistika ilə tanışlığına 32 il öncə Çingiz Mustafayevdən başladığını dilə gətirib:

 

“Sözsüz ki, hər peşə gözəldir və hər kəs peşəsini çox sevir. Fəqət, peşənə nə qədər aşiq olasan ki, ölümün gözünə dik baxasan. Fədakar jurnalistin ölümü birinci sinif şagirdinin beynində bir “çıraq” yandırmışdı. Hər şeyə rəğmən həqiqətləri dünyaya çatdırmaq onun amalı idi. Məktəb illərinin sonuna qədər ağlımda sadəcə jurnalist olmaq vardı.

 

Hər peşə çətindir, yolları keşməkeşli, əziyyəti dərindir. Lakin, jurnalistlərin, xüsusilə cəbhə bölgəsində və ya qalmaqallı yerlərdə xidmət göstərən hər kəsin əməyi daha bir cəfalıdır. Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Sirac Abışov və Məhərrəm İbrahimov kimi peşə aşiqləri bu gün hər bir jurnalistin etalonudur”.

 

Həmsöhbətimiz Mili Mətbuat günü münasibətilə media nümayəndələrini təbrik edib:

 

“Günümüzdə hər sahədən, hər işdən və baş verən hər olaydan bizi dərhal xəbərdar edən, işlərimizi işıqlandıran, gərəkli simaları ictimaiyyətə tanıdan bu şərəfli peşənin işini layiqincə yerinə yetirən bütün nümayəndələrini ürəkdən təbrik edirəm. Onlara Çingiz israrı, Salatın mətanəti və Alı cəsarəti arzulayıram. Tarix yazan qələmin mürəkkəbində payınız əvəzsizdir. Qələminiz iti, cəsarətiniz kəskin olsun”, -deyə fikrini tamamlayıb.