Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-22 12:19:01
“YaşılHəmrəyFest” festivalı keçirilib
“Yaşıl dünya naminə həmrəylik” ili və COP29 tədbirləri çərçisində “YaşılHəmrəyFest” festivalı keçirilib.
 
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məılumat verilib.
 
Bildirilib ki festival Agentliyin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilib.Festivalın I mərhələsinə Bakı şəhəri, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Mərkəzi Aran regional təhsil idarələri üzrə 300-ə yaxın çox məktəbli qatılıb, final mərhələsində 110 şagird iştirak edib.
 
Festival çərçivəsində “Gəncliyin enerji mənbələri”, “Yaşıl diplomatiya”, “Heyvanları birlikdə mühafizə edək” mövzuları üzrə panel müzakirələr aparılıb, master-klasslar, yarışlar təşkil edilib.
Festival iştirakçıları 4 nominasiyadan biri (su, iqlim, enerji, ekoloji təmiz qida) üzrə hazırladıqları startap və innovasiya, dayanıqlı texnologiyalar üzrə layihələri nümayiş etdiriblər.
 
 
Qeyd edək ki, sonda iştirakçılara sertifikatlar təqdim olunub.