Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-21 16:44:40
Dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsi yekunlaşıb

“Bakı Ekspo Mərkəzi”ndə keçirilən və 3 gün davam edən dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi 21 iyul tarixində başa çatıb.

 

AzEdu.az xəbər verir ki, final mərhələsinin son gününə nüfuzlu qonaqlar   müsabiqənin dəyərli mentorları qoşulublar. Belə ki, müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva,


Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov,
 
Xarici işlər naziri ⁠Ceyhun Bayramov
 
İqtisadiyyat naziri Mikayıl Cabbarov

Ədliyyə naziri Fərid Əhmədov  
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 
 
Energetika naziri Pərviz Şahbazov 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 

Elm və təhsil naziri Emin Əmrullayev 
 
Gənclər və idman naziri Fərid Qayıbov 
 
Mədəniyyət naziri Adil Kərimli 
 
Səhiyyə naziri Teymur Musayev 
 
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov
 
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva
 
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev
 
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Şahin Seyidzadə
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov
 
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev
 
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov
 
keçən illərin qalibləri, media nümayəndələri və xarici ekspertlər finalın son gününü yerində izləyiblər.

Fərhad Hacıyev qonaqları və iştirakçıları salamlayaraq “Yüksəliş” müsabiqəsinin kadr ehtiyatı bankı haqqında ətraflı məlumat verib. O bildirib ki, həm “Yüksəliş” iştirakçılarının, həm də dövlətin gözləntilərini qarşılamaq üçün effektiv alət, həmçinin, qurumların istedadlılara, istedadlıların isə yeni karyera imkanlarına əlçatanlığını təmin etmək üçün beynəlxalq təcrübə əsasında yaradılmış sistemindən - kadr ehtiyatı bankından istifadə etmək olar.


Fərhad Hacıyev vurğulayıb ki, burada əsas üstünlüklərdən biri də istifadəçilərin profillərinin ölkənin aparıcı dövlət və özəl qurumları tərəfindən izlənilə və dəyərləndirilə bilməsidir. Bu isə öz növbəsində istifadəçilərə yeni fürsətlər qazandıra bilər.

 

Finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə “Mentor keysi” üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Hər mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək.

 

Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları növbəti iş günləri ərzində açıqlanacaq.

 

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 118 nəfər iştirakçı mübarizə aparırdı. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların “İdarəçi rollar üzrə modeli” ekspertlər tərəfindən qiymətləndirilib.

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.


Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.