Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-21 12:18:10
DİM: İmtahan nəticələri 3-4 günə elan olunacaq

21 iyul 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

 

İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulurdu.

 

İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

 

İmtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.