Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-19 11:28:27
"Müəllimlər üçün ixtisasartırma təlimləri keçirilib"

“Son 3 ildə müəllimlər üçün ixtisasartırma təlimləri keçirilib”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov mediaya açıqlamasında bildirib.

 

O, qeyd edib ki, “Son 5 ildə hazırlanan peşə proqramlarını təkcə paytaxta deyil, eləcə də rayonlarda tətbiq edirik. Yeni təhsil müəssisəsinin istifadəyə verilməsi həmin inzibati ərazi üzrə gənclərin peşə təhsilinin cəlbinə fayda verir.

 

Keyfiyyət amilinə gəlincə, biz ilk növbədə burada müəllimlərin inkişafına çalışırıq. Son 3 ildə qardaş Türkiyədə müəllimlər üçün ixtisasartırma proqramları keçiririk. Bundan əlavə keçən il Cənubi Koreyada müəllimlər üçün informasiya kommunikasiya ilə bağlı təlimlər keçirmişik. Keyfiyyətə təkan verən amillərdən biri də dərsliklərdir. Hər il yeni proqram yaratdıqca yeni dərs vəsaitləri yaradırıq”.