Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-18 11:17:25
Məktəbəhazırlıq qruplarının PRİORİTETLƏRİ  

"Biz məktəbəhazırlıq qruplarında üstünlük hüququ kimi prioritetlər tətbiq edirik”.

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

 

"Bu proses 2024-cü ildə Azərbaycan və rus bölməsi üzrə yalnız Bakı və Gəncə şəhərində olacaq. Məktəbəhazırlıq qruplarında üstünlük hüququ Azərbaycan bölməsi üzrə 16 iyul -30 iyul tarixinə qədər tətbiq ediləcək.Yəni 30 iyul saat 11:00-da ölkə üzrə prioritet tamamilə ləğv ediləcək.Valideynlər sərbəst qaydada övladları üçün sorğu yerləşdirə biləcəklər. Tədris digər dillərdə aparılan bölmələr üzrə isə 18 iyul tarixində üstünlük hüququ tətbiq ediləcək. Bu proses 1 avqust tarixinə qədər davam edəcək.

 

1 avqust saat 11:00-da tədris digər dillərdə aparılan bölmələr üzrə də prioritet ləğv olunacaq. Bir məsələni də qeyd etmək istərdim. 1-ci sinfə qəbul prosesində bilirsiniz ki, biz prioriet tətbiq edirdik. Tədris digər dillərdə aparılan bölmələr üzrə 12 iyul tarixində prioritet tətbiq edildi və həmin tarixə qədər bu proses davam etdi.

 

Prioritetlə bağlı məktəbəhazırlıq qruplarında da, 1-ci sinfə qəbul prosesində ərazi prioritet tətbiq edirik.Yəni bu valideynin məktəbin müəyyən edilmiş mikroərazisində qeydiyyatda olmasıdır”.