Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-17 15:42:22
Parlament seçkilərinə namizəd olan təhsil adamları

Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, namizədlər sırasında təhsil adamları da yer tutur. 

 

Belə ki, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyeva,  Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğlu Samir Vəliyev, Sumqayıt Dövlət Universitetinin prorektoru Naib Hacıyev, UNEC-in “Menecment” kafedrasının professoru Rövşən Muradov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov deputatlığa nazmizədliyini irəli sürüblər.

 

Qeyd edək ki, həm rektor, həm də deputat olan yeganə şəxs - Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin adı YAP-ın namizədləri siyahısında yoxdur.