Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-17 14:12:56
Məktəbəhazırlıq qruplarının növbəti mərhələsi bu tarixdə BAŞLAYACAQ 

"Məktəbəhazırlıq qruplarına qəbul prosesi 11 iyul tarixindən etibarən start götürülüb”.

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə bildirib.

 

“Belə ki, 11 iyul saat 11:00-da məktəbəhazırlıq qruplarına valideynlərin qeydiyyatını aktivləşdirdik. Valideynlər mektebeqebul.edu.az saytına daxil olaraq özləri üçün şəxsi kabinet yaradaraq övladlarını həmin şəxsi kabinetə əlavə ediblər. 16 iyul saat 11:00-da Azərbaycan bölməsi üzrə sorğuların verilməsi prosesi başlayıb. Artıq 17:00 - a qədər 20 mindən artıq sorğu valideynlər tərəfindən yerləşdirilib.


Bakı və Gəncə şəhəri üzrə üstünlük hüququ tətbiq edilən müəssisələrimiz var. Həmin müəssisələrə də prioritetli sorğular qəbul edilib. Sorğular 3-5 gün ərzində emal olunacaq və vətəndaşlara bununla bağlı məlumatlar təqdim ediləcək.


Məktəbəhazırlıq qruplarına qəbul prosesində bizim növbəti addımız 18 iyul tarixində olacaq. 18 iyul saat 11:00-da tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına sorğuların yerləşdirilməsinə start veriləcək”.