Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-15 14:01:22
LDU əməkdaşı Türkiyədə olub

LDU əməkdaşı Türkiyədə olubLənkəran Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva LDU-nun əməkdaşlıq etdiyi,Türkiyənin Afyon Kocatəpə Universitetində Erasmus+ Mübadiləsi üzrə keçirilən 10-cu Beynəlxalq Həftə Təlimi üçün Kadrlar Mübadiləsində iştirak edib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, 10-14 iyun 2024-cü il tarixlərində keçirilən təlimlərdə Ülviyyə Mirzəyeva Lənkəran Dövlət Universiteti haqqında təqdimatla çıxış edib.

 

Təqdimatda LDU-nun davamlı inkişaf strategiyası, təhsil, tədqiqat, bilik mübadilə proqramları, birgə nəşrlər üzrə təlim və seminarlar, infrostruktur, vahid etik təşkilat mədəniyyəti, illik əsasda maliyyə hesabatları, müxtəliflik və inklüzivlik siyasəti, əlilliyi olan tələbələrə dəstək xidmətləri və s. bəhs edilib.

 

LDU-nun Baytarlıq təbabəti ixtisasının 4-cü kursunda təhsil alan və Erasmus+mübadilə proqramında Afyon Kocatape Universitetində təhsilinə davam edən tələbələr Ülviyyə Mirzəyevanın təqdimatı prosesində ona dəstək olublar.

 

Təlimarası fasilələrdə iştirakçıların Frigiya Vadisinə, Aydın-Kuşadasına və Şirincə Qastronomiya kəndinə səyahəti təşkil edilib.

 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK