Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-13 13:23:00
Elmi tədqiqatların populyarlaşması üçün yeni kafedralar yaradılmalıdır

“Təklif edirəm ki, universitetlərdə elmi tədqiqatın əsasları fənni tədris edilsin”.

 

Bu fikri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

 

Professor bu gün artıq akademik kapitalizm dövrü olduğunu qeyd edib:

 

“Yəni universitetlər bu gün sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Hətta onlara akademik kapitalizm deyirlər. Akademik kapitalizm nədir? O, təhsil xidmətini, elmi-tədqiqatları bir sözlə, hər şeyi pula çevirir.

 

Eyni zamanda, onlar güclü biznes proqramları təklif edir, gələcəkdə öz biznesini quranlara dəstək olurlar. Həmçinin tələbələrdə sahibkarlıq təfəkkürünü inkişaf etdirir. Tələbə və məzunları işə cəlb edir. Əlbəttə, dediyim mübadilə hər kəsə aid deyil. Bu ilk növbədə universitetin statusundan, prioritetlərindən, yerləşdiyi ölkədən asılıdır.

 

Bir qayda olaraq elmi tədqiqat işlərinin kommersiyalaşmasının 4 əsas formasından istifadə olunur. İlk növbədə patentlər kommersiyalaşır. Biz bilirik ki, bu gün bəzi patentlər var, amma onlar sadəcə olaraq kağız parçasından ibarətdir”.

 

Həmsöhbətimiz elmi tədqiqatların populyarlaşması, tanıtımı üçün ciddi işlər görməli olduğumuzu diqqətə çatdırıb:

 

“Təklif edirəm ki, universitetlərdə “Elmi tədqiqatın əsasları” fənni tədris edilsin. Bakalavrda, o cümlədən  magistraturada həmin fənni tədris edək. Neçə illərdir ki, bu fikri irəli sürürəm. Bunları öyrətmədən tələbədən nə tələb etmək olar axı? Tələbə ilk gündən elmi tədqiqatları əsaslarını bilməlidir. Eyni zamanda, aparılan elmi tədqiqatların kommersiyalaşdırmasını bilməlidir. Bunun üçün ardıcıl, sistemli fənlərin tədris edilməsi vacibdir. Uzun müddətdir ki, qeyd edirəm ki, fəlsəfə, tarix kafedrası var, bəs nə üçün elmmetriya kafedrası yoxdur?

 

Əslində elmi təbliğ etmək lazımdır. Elmi fəaliyyət, idarə olunması onun təşkili çox ciddi məsələdir. İlkin olaraq universitetlərin elmi fəaliyyətinin idarə olunması ən vacib şərtlərdən biridir.

 

Ona görə də ali məktəblərdə elmi tədqiqatların kommersiyalaşması və onun struktur bölmələrinin qurulması vacib şərtdir. Elmi tədqiqatlar əgər istifadə olunmursa, dövlət strukturlarında qəbul edilmirsə, deməli problem var.

 

Məzunlar gecəsində çox güclü prosessorların apardığı elmi tədqiqatın nəticələri çıxış etməlidir. Biz elmi tədqiqatların populyarlaşması, tanıtımı üçün ciddi işlər görməliyik. Bunun üçündə ilk növbədə özümüzdən başlamalıyıq”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK