Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-13 12:40:29
BMU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə layihəyə yeni seçilən tələbələri təbrik edib. Ötən il bu layihəyə BMU-nun 10 nəfər tələbəsinin seçildiyini xatırladan prorektor ənənəyə çevrilən belə layihələrin tələbələrə mənəvi stimul verdiyini vurğulayıb. Bildirib ki, layihə tələbələri təhsil uğurlarına həvəsləndirmək, gənclər arasında sağlam rəqabət mühiti formalaşdırmaq, universitet fəallarını daha geniş müstəvidə tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır. Prorektor BMU-dakı müxtəlif tələbə təşkilat və klublarının fəaliiyətindən, eyni zamanda tələbələrə ali təhsil müəssisəsində yaradılan əlverişli imkanlardan, həyata keçirilən layihələrdən də danışıb.

 

Gənclərə səmimi təbriklərini çatdıran AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova isə layihə, eyni zamanda tələbələrin seçim meyarları barədə məlumat verib.“Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. O, qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var. Daha sonra dekan müavinləri tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 
Bakı Mühəndislik Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Nihad Məhərrəmov (İnformasiya texnologiyaları ixtisası, III kurs)

Günay Nuruyeva (Elektronika mühəndisliyi ixtisası, II kurs)

Böyükxanım İbrahimova (İnformasiya texnologiyaları ixtisası, II kurs)

İlqar Sarıyev (Elektrik və elektronika mühəndisliyi, II kurs)

Səbuhi Rüstəmov (Logistika ixtisası, III kurs)

Zəhra Behbudova (Fizika müəllimliyi ixtisası, III kurs)

Səma Hüseynli (Ekologiya mühəndisliyi ixtisası, II kurs)

Elmira İsmayılova (Riyaziyyat müəllimliyi, III kurs)

Qiyamət Kərimov (Maliyyə ixtisası, IV kurs)

Surə Şükürlü (Maliyyə ixtisası, II kurs)

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK