Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 09:01:13
“Tarixdə bu gün” - 3 iyun necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

3 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

3 iyun Dünya Velosiped Günüdür:

 

Bu gün BMT Baş Assambleyası tərəfindən ötən ilin aprel ayında təsis edilib. Sənəd 56 ölkə tərəfindən birgə hazırlanıb. Bu beynəlxalq tarixin qeyd edilməsində təşəbbüs Türkmənistan nümayəndələri tərəfindən irəli sürülüb.

 

3 iyun Azərbaycanın görkəmli alimi Firudin Köçərlinin xatirə günüdür:

 

F.Köçərlinin tədqiqatları Azərbaycanda fəlsəfi və ictimai fikir tarixi, etika və estetika məsələlərilə bağlıdır. Onun elmi yaradıcılığında Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və Azərbaycanın digər görkəmli mütəfəkkirlərinin həyat və fəaliyyəti mühüm yer tutur (1920-2005).

 

3 iyun 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib:

 

1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

3 iyun 1942-ci ildə İkinci Dünya Müharibəsi zamanı Amerika Birləşmiş Ştatları və Yaponiya arasındakı müharibənin taleyini təyin edən Midvay dəniz döyüşü başladı:

 

Dörd günlük müharibədən sonra Yaponiya 4 təyyarə daşıyıcısı və 332 təyyarəsini itirdi. Bununla ABŞ yaponların Sakit Okeanda irəliləməsinin qarşısını aldı.  

 

1785-ci il 3 iyunda fransız konstruktoru Fransua Blanşar Londonda öz ixtirasını – hava şarından tullanmaq üçün paraşütü nümayiş etdirdi:

 

Lakin Blanşar özü ixtirasını şəxsən sınaqdan keçirməyə cəsarət etmədi, bu şərəfi pişiyinə həvalə etdi. Həmin pişiyi 300 metr hündürlüyə qalxan aerostatdan paraşütlə atdılar və o sağ-salamat yerə endi.

 

F.Blanaşar bu eksperimenti bir il sonra Hamburqda həyata keçirdi. Bu dəfə paraşütçü rolunda qoyun oldu.

 

Paraşütdən tullanan ilk insan isə Andre Jak Qarneren oldu ki, 1797-ci ildə bu cəsur addımı atdı.