Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-31 09:01:36
“Tarixdə bu gün”  - 31 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

31 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür:

 

Həmin gün 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında təsis olunub. Həmin günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.

 

31 may 1912-ci ildə Azərbaycan neft sənayesində neft daşları dəniz mədənləri inkişafının müəyyən mərhələlərinin müəllifi olan tanınmış neftçi-alim Sabit Orucov anadan olub:

 

S.Orucov uzun illər SSRİ Qaz Sənayesi naziri işləyib. (1912-1981)

 

31 may 1920-ci ildə Sovet hakimiyyətinə qarşı general-mayor Cavad bəy Şıxlinskinin başçılıq etdiyi xalq hərəkatı amansızlıqla yatırıldı:

 

Azərbaycan milli azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılan bu üsyan məğlub olsa da, yenidən qurulan Sovet hakimiyyətinə zərbə vurdu.

 

 

31 may 1922-ci ildə Azərbaycanın tanınmış xanəndəsi Sara Qədimova dünyaya gəlib:

 

Gənc yaşlarından Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olan Sara eyni zamanda Azərbaycan Opera və Balet Teatrında “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli partiyalarını məharətlə ifa edib.

 

Sara Qədimovanın repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və xarici ölkə mahnıları xüsusi yer tuturdu. (1922-2005)