Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-30 15:58:20
Bu bölgədə 2284 müəllim sertifikasiya imtahanına cəlb olunacaq

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2024-cü ildə sertifikasiya imtahanına cəlb olunacaq müəllimlərin sayı açıqlanıb.

 

İdarədən AzEdu.az-a bildirilib ki, 2024-cü ildə 2284 müəllim prosesə cəlb olunacaq. 

 

Belə ki, riyaziyyat fənni üzrə 917, ingilis dil 822, rus dili 302, Azərbaycan dili 118, fransız dili 70, alman dili üzrə isə 19 nəfər sertifikasiya prosesinə cəlb olunacaq.