Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 11:37:00
Etik qaydalarda yenilik: “Müəllimlər korrupsiya faktını paylaşmalıdırlar”

Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

 

Bu, “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.

 

Bəs, bu qanun nə qədər effektiv olacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, təhsilverənlərin bir növ cəmiyyət və şagirdlər üçün örnək olduğunu nəzərə alsaq, onlar hər zaman müəyyən qaydalara riayət etməyə borcludurlar:

 

“Əlbəttə, müəllim şəxsi hesablarında müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan, audio və videomaterialların, təsvirlərin paylaşmasına imkan yaratmamalıdır. Məsələn, hər hansısa müəllimin auditoriyada uşaqların dalaşmasını, müəllimlər arasındakı söz-söhbəti, direktorun müəllimlərlə danışığını və s. çəkib paylaşması düzgün deyil. Bu kimi məsələlərin paylaşılmasını təhsilverənlərin etik davranış qaydalarında qadağan olunduğunu görürük.

 

Amma bir məsələni də nəzərə almaq lazımdır ki, korrupsiya faktı, müəllimə qarşı hörmətsizlik və yaxud da şagirdlərə qarşı zorakılıq varsa və bu halların qarşısını alacaq tədbirlər görülmürsə, bu kimi məsələlər çəkilib paylaşılmalıdır. Əgər buna da qadağa qoyurlarsa, bir növ müəllimi sərhədlər çərçivəsində onları buxovlamaq anlamı verir. Bu isə doğru yanaşma deyil. Qalan digər qadağalar isə siqaret çəkməmək, geyim qaydalarına riayət etmək və imiclərini qorumaqdan ibarətdir”.