Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 09:55:15
Azad olunan torpaqlardakı məktəblərlə bağlı müzakirə...
İşğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayacaq məktəblərdə tədris prosesinin təşkili məsələlərinin müzakirəsi üzrə növbəti görüş keçirilib.
 
 
Bu barədə AzEdu.az-a  Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. 
 
 
Bildirilib ki, görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, rayonlar üzrə sektor müdirləri, idarə əməkdaşları iştirak ediblər.
 
 
Qeyd edək ki,görüşdə işğaldan azad olunmuş torpaqlarda 2024-2025-ci tədris ilində fəaliyyətə başlayacaq ümumi təhsil müəssisələrinə müəllimlərin seçimi, texniki heyətin təyinatı zamanı üstünlük veriləcək cəhətlər, şagirdlərin yerdəyişməsi prosesinin tənzimlənməsi, eyni zamanda fəaliyyəti dayandırılacaq məktəblərin pedaqoji və texniki heyətinin digər ümumi təhsil müəssisələrinə yerləşdirilməsi məsələləri müzakirə olunub.